04.11.2015
Qəzalar
Bakı-Quba yolunda qəza: ölən var
Bakı-Quba yolunda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, magistral yolda "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı yol ayırıcısına çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerindəcə keçinib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə meyiti deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.
Fidan