Dəhşətli avtobus qəzası; ölən və yaralananlar var

Dəhşətli avtobus qəzası; ölən və yaralananlar var

Dəhşətli avtobus qəzası; ölən və yaralananlar var

Bakının Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Cars-az-a verilən məlumata görə, aprelin 6-da saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Zakir Mirzəyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus və Gürcüstan vətəndaşı Polad Quliyevin idarə etdiyi “Daewoo” markalı 194 saylı xətt avtobusu toqquşub. Bununla əlaqədar Z.Mirzəyev və P.Quliyev düşüb mübahisə edərkən Salyan rayon sakini Cahid Babayev idarə etdiyi “Daewoo” markalı 211 saylı xətt avtobusu ilə hər iki sürücünü və onların idarə etdikləri avtomobilləri vurub. Nəticədə P.Quliyev xəstəxanaya aparılarkən yolda ölüb, Z.Mirzəyev və 6 sərnişini xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Elmin

Dostlarınla paylaş


Şərhlər


Top