04.11.2015
Qəzalar
Avtobus çaya düşdü: 4 ölü, 16 yaralı
Qazaxıstanın Sıramsk vilayətində körpüdən keçməyə çalışan avtobus çaya aşıb. Cars-az xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı 4 nəfər ölüb, 16-ı isə xəsarət alıb. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi açıqlama verib. Avtobusda olan digər 30 nəfər isə xilas edilib.
Hadisənin pis hava şəraitindən baş verdiyi iddia edilib.