16 yaşlı oğlanı maşın vurdu; sürücü qaçdı

16 yaşlı oğlanı maşın vurdu; sürücü qaçdı

16 yaşlı oğlanı maşın vurdu; sürücü qaçdı

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Cars-az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami prospektində baş verib. Sürücüsü hələ ki, məlum olmayan ağ rəngli “VAZ 2106” markalı avtomobil şəhər sakini, 1999-cu il təvəllüdlü Sübhan Bəhmən oğlu Ələkbərovu vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin normal olduğunu bildirirlər. Gəncə şəhər Baş Polis İdarəsində hadisəni törədən sürücünün tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Dostlarınla paylaş


Şərhlər


Top