04.11.2015
Qəzalar
Daşkəsəndə avtomobil dərəyə aşıb, sürücü ölüb
Daşkəsən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Cars-az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 5-nə keçən gecə Daşkəsən rayonunun Alaxançallı kəndində kənd sakini Zakir Məmmədov idarə etdiyi “UAZ” markalı avtomobili yolun kənarında dərəyə aşırıb. Nəticədə o, hadisə yerində ölüb.
Daşkəsən rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.