04.11.2015
Qəzalar
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş sürücü tutulub
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş sürücü tutulub. Cars-az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da Zinaida Arefyevnanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş “Toyota” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Məmməd Həşimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.