Cəlilabadda "KamAz" uşağı vurub

Cəlilabadda "KamAz" uşağı vurub

Cəlilabadda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın məlumatına görə, hadisə oktyabrın 6-da axşam saatlarında rayonun Privolnı kəndi ərazisində qeydə alınıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan "KamAz" markalı yük maşını hərəkətdə olarkən 8 yaşlı kənd sakini Aqşin Faiq oğlu Məmmədovu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Qəzadan sonra sürücü hadisə yerindən qaçıb. 8 yaşlı Aqşin isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top