05.12.2015
Qəzalar
Bir saata iki piyadanı vurdu - Bəxtsiz «07» sürücüsü
Bərdədə sürücü bir saat ərzində iki piyadanı vurub. Daxili İşlər Nazirliyindən Cars-az-a verilən məlumata görə, dekabrın 4-də saat 20 radələrində baş verib. Bərdə şəhərində rayon sakini Rusif Malıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Saleh Ağayevi vurub. R.Malıyev avtomobilində yaralını xəstəxanaya aparadıqdan sonra evinə qayıdarkən Lək kəndinin ərazisində yolu keçən kənd sakini Rövşən Hacıyevi də vurub. R.Hacıyev xəstəxanaya yerləşdirilib. S.Ağayev isə xəstəxanada ölüb. Bərdə RPŞ tərəfindən araşdırma aparılır.
Emin