21.03.2016
Qəzalar
Bayramda "yol terroru" davam edir: 3 ölü, 12 yaralı
Martın 19-da Azərbaycanda baş vermiş yol qəzalarında 3 nəfər dünyasını dəyişib. Сars-az xəbər verir ki, şənbə günü ərzində ölkə ərazisində ümumilikdə 10 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə vəfat edən 3 nəfərdən başqa 12 nəfər də müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Ölümlə nəticələnən qəzalar Bakıda, Şamaxıda və Naxçıvanda qeydə alınıb. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda iki avtomobilin toqquşması ölümlə nəticələnibsə, Şmaxıda və Bakının Maştağa qəsəbəsində piyadalar yol qəzasının qurbanı olub.
Cavid