04.11.2015
Qəzalar
Bakıda təcili yardım maşını belə aşdı
Bakıda təcili tibbi yardım maşını aşıb. Cars-az “qafqazinfo”ya istinadən xəbər verir ki, qəza bu gün günorta saatlarında qeydə alınıb. Hadisə Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçəsinin kəsişməsində baş verib. Qəza nəticəsində ölən və xəsarət alan şəxslərin olmadığı bildirilir. Təcili yardım maşınının üzərindəki yazıdan onun “Turk Amerikan Medical Center”ə (TAMC) məxsus olduğu görünür.
Hadisə ilə bağlı jurnalist Əzizə İsmayılovanın paylaşdığı fotoları təqdim edirik: