04.11.2015
Qəzalar
Bakıda betonqarışdıran maşın aşdı
Yaxınlıqda park edilmiş avtomobil zərər çəkib.
Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində betonqarışdıran maşın aşıb.
Cars-az xəbər verir ki, bu barədə Trend-ə hadisə şahidləri məlumat veriblər.
Məlumata əsasən, qəza Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinin qarşısında baş verib.
Hadisədə zamanı yaxınlıqda park etmiş avtomobil zərər çəkib.