Bakıda qadın sürücü 4 nəfəri vurdu

Bakıda qadın sürücü 4 nəfəri vurdu

Bakıda qadın sürücü ağır yol qəzası törədib. Cars-az “report”-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Belə ki, 32 yaşlı Sevinc Rzayeva idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçmək istəyən 4 piyadanı vurub.

Piyadalar - Rüfət Muradov, Səriqqə Quliyeva, Ehtiram Abdullayev və qardaşı Fərəməz Abdullayev yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Dostlarınla paylaş


Şərhlər


Top