Bakıda maşın üç piyadanı vurdu

Bakıda maşın üç piyadanı vurdu

Bakıda piyadaların xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub. Cars-az-ın məlumatına görə, qəza Nobel prospektində, "Nargilə" kafesinin yaxınlığında baş verib. Sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil idarəetməni itirərək qarşısındakı "Subaru" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən yolun hərəkət hissəsindən çıxan "Subaru" markalı avtomobil yol kənarındakı 3 piyadanı vurub. Piyadalardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

anspress

Dostlarınla paylaş


Şərhlər


Top