04.11.2015
Qəzalar
Bakıda avtobus, Qusarda yük maşını yanıb
Bakıda və Qusarda yanğın hadisələri qeydə alınıb. Cars-az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonununda “İveco” markalı avtobusun mühərrikində elektrik avadanlıqları və salonunda iki arxa oturacağı yanıb. Avtobusun qalan hissələri yanğından mühafizə olunub. Qusar rayonunun Qoxuroba kəndində isə yük avtomobilinin yanar hissələri, banına yığılmış 3 ton ot bağlaması və yaxınlıqda yığılmış digər vətəndaşa məxsus 3,8 ton ot bağlaması yanıb.
Fidan