Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Bakı-Qazax magistral yolunda piyadanı maşın vurdu

Bakı-Qazax magistral yolunda piyadanı maşın vurdu

Bakı-Qazax magistral yolunda piyadanı maşın vurdu

Bakı-Qazax magistral yolunda piyadanı maşın vurdu

Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası qeydə alınıb. Cars-az apa-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Borsunlu kəndi ərazisində baş verib. Kənd sakini, 1955-ci il təvəllüdlü Quliyev Afiq Məşdi oğlu magistral yolun kənarı ilə hərəkət edərkən hələ ki, sürücüsü məlum olmayan "Honda" markalı avtomobil tərəfindən vurulub. A. Quliyev ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə şahidlərinin bildirdiklərinə görə, "Honda"nın sürücüsü yuxulu olduğundan idarəetməni itirərək əvvəlcə piyadanı vurub, sonra isə maşını yolun kənarındakı səkiyə çırpıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma gedir.

Dostlarınla paylaş


Şərhlər


Top