04.11.2015
Qəzalar
Badamdarda zəncirvari qəza
Badamdar qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın moderator.az-a istinadən verdiyi xəbərə görə, qəsəbənin mərkəzi yolunda 4 avtomaşının toqquşması ilə nəticələnən zəncirvari qəzada xəsarət alan olmasa da maşınlara ziyan dəyib. İlkin ehtimallara görə hadisəni "Mersedes" markalı sərnişin avtobusu törədib. Hadisə şahidlərinin bildirdiyinə görə, «Mersedes» yolun hərəkət hissəsində dayanmış "Nissan" markalı maşına arxadan çırpılıb. «Nissan» da kənarda olan "Lexus" və "Volkswagen" maşınlarına dəyib.