04.11.2015
Qəzalar
Göygöl sakinini avtomobil əzdi
Göyöl sakinini avtomobil vurub. Hadisə Göygöl rayonunun Nizami küçəsində qeydə alınıb. Göygöl rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, həmin küçədə yaşayan 1993-cü il təvəllüdlü Nazir Zeynalov yolu keçmək istəyərkən "Qazel" markalı yük avtomobili tərəfindən vurulub. Yaralı ailə üzvlərinin köməyi ilə dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan yaralının vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.