Bərdədə 56 yaşlı piyada öldü

Bərdədə 56 yaşlı piyada öldü

Bərdə rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın report-a istinadən xəbərinə görə, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb. "VAZ 2107" markalı minik avtomobili 56 yaşlı Rafiq Qurban oğlu Nuruyevi vurub. Ancaq Bərdə Rayon Mərkəzi Xəstəxanasına qaldırılan yaralı həkimlər tərəfindən əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) İstintaq bölməsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top