04.11.2015
Qəzalar
Azadlıq prospektində ağır qəza: ölən var
Avqustun 29-da Bakıda ağır yol qəzası baş verib. Cars-az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, saat 23 radələrində Binəqədi rayonunun Azadlıq prospektində Bakı şəhər sakini Vidadi Məhərrəmov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub. Xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Fərid