Maşın velosipedi vurdu, iki nəfər ağır yaralandı

Maşın velosipedi vurdu, iki nəfər ağır yaralandı

Maşın velosipedi vurdu, iki nəfər ağır yaralandı

Ötən gecə Xaçmazın Xudat şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Cars-az apa-ya istinadən xəbər verir ki, Susayqışlaq kəndi ərazisində velosiped avtomobillə vurulub.

Hadisə nəticəsində velosipeddə olan Xudat şəhər, Şollar kənd sakinləri Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan 25 yaşlı Şaban Abdullayevə qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, 25 yaşlı Saleh Qəribova isə alının, burun yəhərinin, alt çənənin sıyrılma, əzilmə yaralanması diaqnozu qoyulub.

Hadisəni törədən şəxs isə hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Dostlarınla paylaş


Şərhlər


Top