04.11.2015
Qəzalar
Təyyarə qəzaya uğradı: ölən var
Avstriyada aviaşou zamanı təyyarə qəzaya uğrayıb. Avstriyanın cənub şəhəri Frizaxda aviaşou zamanı təyyarənin qəzaya uğramasını nəticəsində pilot həlak olub.
Cars-az xarici mətbuata istinadən xəbər verir ki, Karintiya əyalətində baş verən hadisəyə səbəb kimi pilotun təyyarəni düzgün idarə edə bilməməsi göstərilir.
Polis nümayəndəsi Markus Deksl hadisə ilə bağlı danışıb. O deyib ki, pilotun manevr etməsi baş tutmayıb və bu səbəbdən təyyarə qəzaya uğrayıb. Təyyarənin pilotunun həlak olduğu açıqlansa da, digər qurbanlar haqqında hələ ki, məlumat verilmir.