Avtobus 86 yaşlı qadını vurub öldürdü

Avtobus 86 yaşlı qadını vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Cars-az-ın məlumatına görə, dekabrın 13-ü saat 06:25 radələrində Nizami rayonu Q.Qarayev prospektində Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Vüqar Həziyev idarə etdiyi «Daewoo» markalı 20 saylı xətt avtobusu ilə 1929-cu il təvəllüdlü Xədicə Qasımovanı vurub. 86 yaşlı qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top