05.11.2015
Qəzalar
Ağsuda avtomobil qəzaya uğrayıb: 1 ölü
Bakı-Qazax magistral avtomobil yolunun Ağsu rayonu ərazisində "VAZ" markalı minik avtomobili qəzaya uğrayıb. Cars-az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər avtomobildə olan sərnişin, 1970-ci il təvəllüdlü Əhmədov Elsevər Hacı oğlunun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.