Ağdamda iki avtomobil toqquşub, xəsarət alan var

Ağdamda iki avtomobil toqquşub, xəsarət alan var

Ağdamda iki avtomobil toqquşub, xəsarət alan var

Ağdam rayonunun Quzanlı qəsəbəsində yol-nəqliyyat qəzası baş verib. Сars-az xəbər verir ki, bu barədə Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsindən apa-ya verilən məlumata görə, Ağdam rayon sakini Həsənov Həsən Abbas oğlunun idarə etdiyi “VAZ-2107” markalı maşın Soltanov Eldar Məyiş oğlunun idarə etdiyi “VAZ-21015” markalı avtomobilin yoluna çıxıb və ona çırpılıb. Nəticədə hər iki maşına ciddi ziyan dəyib.

E.Soltanovun avtomobilində olan sərnişin Cəfərov Bəhruz Ədalət oğlu müxtəlif bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

http://az.apa.az/upload/images/news/2016/january/25/big/68a6f336f95c9f521773cac47c9a3515.JPG

http://az.apa.az/upload/images/news/2016/january/25/big/9ffb78ed0978026a0689fe834462b206.JPG

http://az.apa.az/upload/images/news/2016/january/25/big/9095bb00fd19800b7212212592e247fd.JPG

Dostlarınla paylaş


Şərhlər


Top