04.11.2015
Qəzalar
Abşeronda avtomobillə vurulan piyada öldü
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Ataş Mustafayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub. Xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.