04.11.2015
Qəzalar
Qaradağda iki avtobus toqquşdu: xeyli adam yaralanıb
Bakıda marşrut avtobusu mikroavtobusla toqquşub. Cars-az xəbər verir ki, bu barədə Qaradağ Rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə oktyabrın 29-da saat 10 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Novruz Əliyevin idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu və Masallı rayon sakini Qoşqar Ağalarovun idarə etdiyi "Ford" markalı mikroavtobus toqquşub. Nəticədə Q.Ağalarov və 7 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.