04.11.2015
Qəzalar
“KAMAZ” aşdı:1 ölü, 1 yaralı
Bakının Qaradağ rayonunda yük maşını aşıb. Cars-az DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Qızıldaş qəsəbəsində qeydə alınıb.
Cəlilabad rayon sakini Zakir Qəmbərov idarə etdiyi “KAMZ” markalı avtomobili aşırıb.
Nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.