21.12.2015
Qəzalar
ABŞ-da qəza: 37 nəfər yaralandı, ölən var
ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində “Miss Kainat-2015” müsabiqəsinin keçirildiyi “Planet Hollywood” otel-kazinonun yaxınlığında avtomobil insanlara çırpılıb, KSNV telekanalı məlumat yayıb. Cars-az rianovosti-yə istinadən xəbər verir ki, qəza nəticəsində 37 nəfər xəsarət alıb, bir nəfər isə ölüb. “Las-Veqas bulvarında qəza zamanı bir nəfər ölüb, yaralanan 37 nəfərdən isə bir neçəsinin vəziyyəti kritikdir. Avtomobilin sürücüsü saxlanılıb”, - polis məlumat yayıb. KSNV telekanalının məlumatına görə avtomobilin sükanı arxasında qadın sürücü olub, maşında həmçinin onun uşağı da olub. Polis əməkdaşları yolun bu hissəsində hərəkəti dayandırıblar.