Sürücünü mühasirəyə aldılar, Pumalar
İstirahət etmək üçün meşədə gəzintiyə gələn sakin bir göz qırpımında yırtıcıların arasında qaldı. Сars-az atv.az-a istinadən xəbər verir ki, bu görüntülər Kanadanın Vankuver şəhəri yaxınlığında lentə alınıb. Avtomobillə meşəlik əraziyə gələn Adam Neş adlı şəxs gözləmədiyi vəziyyətlə üzləşib.
Hərəkətdə olmayan avtomobilin içində insanın olduğunu görən 3 puma maşını dövrəyə alıb. Baş verənləri mobil telefondan lentə alan Adamın çox qorxduğu elə onun öz reaksiyasından məlumdur. Onlar məni yemək istəyir deyən kanadalı mümkün qədər soyuqqanlı olmağa çalışıb.
Adamın bəxti onda gətirib ki, pumalar yaxınlaşan vaxt o maşının içində olub. Şüşələri qaldıran sürücü yırtıcıların uzaqlaşmasını gözləsə də, pumalar 15 dəqiqə içində "yağlı tikə" olan maşının ətrafında dövrə vurub.
Doğrudur, pumalar tək olduqları halda insanlardan mümkün qədər uzaq qaçır. Ancaq bu dəfə bir insanı təkləməyə çalışan yırtıcıların onu parçalamaq ehtimalı böyük olub. Mütəxəssislər deyir ki, 3 pumanın eyni məkanda ova çıxması nadir haldır. Hər halda həm bu nadir görüntünü lentə aldığı, həm də avtomobilin içində olduğu üçün şanslı olan Adam Neş bütün ölkənin diqqətini çəkib.