Polis zabiti işdən qovuldu – VİDEO

Polis zabiti işdən qovuldu – VİDEO

Hindistanın Daxili İşlər Nazirliyində yeni qalmaqal yaşanır. Şankaran Amid adlı 58 yaşlı polis zabiti iş yerində rəqs etdiyinə görə rütbəsindən məhrum olunub və qovulub.

Сars-az xarici mətbuata istinadən bildirir ki, Çennay şəhərindəki həbsxanada işləyən polis zabiti kameralardan birinə daxil olarkən orada məhbusların musiqi dinlədiklərini eşidib.

Musiqi sümüyünə düşən Şankaran rəqs etməyə başlayıb.

Hadisə Tamilnad ştatının Çennay şəhərində, Salem Mərkəzi Həbsxanasında yaşanıb.

Bunu məhbuslardan biri mobil telefonla çəkib və sosial şəbəkələrdə paylaşıb.

"Bu polis zabitinin rütbəsindən məhrum olunaraq işdən çıxarılmasını normal qərar sayırıq. Zabitin məhbusların olduğu ümumi kamerada rəqs etməsi, təhlükəsizlik və mühafizə qaydalarını kobud şəikldə pozması yolverilməzdir. Lakin ən böyük nöqsan məhbusların mobil telefonlardan asudə istifadə etmələridir ki, həmin video da məhz zabitin işinə olduqca yarıtmaz yanaşmasının sübutudur", - Hindistan DİN-in açıqlamasında deyilir.

Dostlarınla paylaş


Şərhlər


Top