Sərxoş gənclər BTR oğurladılar
Rusiyanın Leninqrad vilayətində maraqlı oğurluq hadisəsi baş verib. Сars-az atv.az-a istinadən xəbər verir ki, içkili vəziyyətdə olan iki şəxs BTR hərbi maşınını qaçırıblar. Hadisədən xəbər tutan polis əməkdaşları zirehli maşını təqib edərək, həmin şəxslərdən BTR-i saxlamağı tələb edib. Əmrə tabe olmayan sərxoş sürücülər bir müddət polisləri yorublar. BTR yalnız ağaca çırpıldıqdan sonra dayanıb.
Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hərbi maşını Karavayevo kəndi yaxınlığında aşkar edib. Kənd sakinlərinin sözlərinə görə, zirehli maşın bir müddət ətrafda var-gəl edib. Belə təəssürat yaranıb ki, hərbi maşın əyləncə məqsədilə qaçırılıb. Polisin məsələyə müdaxiləsindən sonra hər şeyin üstü açılıb.
İndi hüquq-mühafizə orqanları sərxoş gənclərin zirehli maşını necə əldə etdiyini öyrənməyə çalışır.