12.02.2016
Maraqlı
Bu kənddə avtomobildən istifadə edilmir
Bu kənddə avtomobildən istifadə etmək mümkün deyil. Gethoorn Hollandiyanın Overijssel əyalətində kiçik bir kənddir. Сars-az xarici mətbuata istinadən xəbər verir ki, kəndin maraqlı bir xüsusiyyəti var. Avtomobillər və kütləvi nəqliyyat yoxdur, çünki yollar yoxdur. Kəndin içi və ətrafı su kanalları ilə doludur. Əlaqə yalnız mühərrikli qayıqlarla təmin edilir.
İrili-xırdalı 180-ə qədər körpünün olduğu kəndin 3 min əhalisi var. Kəndi hər il xeyli sayda turist ziyarət edir.
XIII əsrdə salınan kənddə velosiped yolları da sonradan çəkilib.