04.11.2015
Gündəm
«Zapı»da yanaraq ölən 4 nəfərdən biri külə dönüb
Xəbər verdiyimiz kimi, avqustun 2-də Bakıda, Bilgəh-Nardaran yolunda ağır yol - nəqliyyat hadisəsi baş verib. Cars-az aznews.az-a istinadən xəbər verir ki, "Lend Rover" markalı 90-KX-010 nömrə nişanlı avtomobil çox yüksək sürətlə hərəkət etdiyindən idarəetməni itirərək, "Zaporojets" , “Mersedes” və "Lexus" markalı avtomobillərlə toqquşub. Əsas zərbəyə tuş gələn "Zaporojets" markalı avomobil alışıb. Nəticədə avtomobildəki 4 nəfərin hamısı həyatını itirib. Ölənlərdən birinin cəsədi külə çevitilib. Digər avtomobillərin sərnişinlərin dən isə 4 nəfər ağır yaralanıb. "Lend Rover”in sürücüsü isə taksiyə əyləşərək hadisə yerindən uzaqlaşıb.
Qəza baş verən əraziyəə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili yardım maşınları gəlib.