04.11.2015
Gündəm
Lənkəranda taksi sürücüsü qətlə yetirilib
Azərbaycanın Lənkəran şəhərində qətl hadisəsi törədilib. Cars-az-ın APA-ya istinadən məlumatına görə, hadisə avqustun 1-də günorta saatlarında şəhərin mikrorayon ərazisində qeydə alınıb. Məmməd adlı taksi sürücüsü aralarında olan şəxsi münaqişə zəminində həmkarı, Lənkəran şəhər sakini, 1975-ci il təvəllüdlü Vüqar Vaqif oğlu Əsgərova ürək, qarın boşluğu və digər nahiyələrdən 4 bıçaq zərbəsi vurub. Yaralı çatdırıldığı Lənkəran Mərkəzi Rayon Xəstəxanasında keçinib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları qətli törətmiş şəxsin yaxalanması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri görürlər.