Sürücülərə bəd xəbər: Bu yol yenə bağlandı

Sürücülərə bəd xəbər: Bu yol yenə bağlandı

Sürücülərə bəd xəbər: Bu yol yenə bağlandı

Avtomobil sahibi olan paytaxt sakinlərinə xoş olmayan xəbərimiz var. Nəqliyyat Nazirliyi Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Cars-az-a verilən məlumata görə, bu gün saat 22:00-dan səhər saat 05:00-dək Bakının Heydər Əliyev prospektinin yan yollarında, Heydər Əliyev Mərkəzinin qarşısından “Böyük Şor” yol qovşağınadək olan hissədə hər iki hərəkət istiqaməti üzrə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bununla əlaqədar qeyd edilən müddət ərzində prospektin yan yollarında nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Sürücülər Heydər Əliyev prospektinin əsas yolundan istifadə etməklə hərəkətlərinə maneəsiz şəkildə davam edə biləcəklər.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top