Ağır qəzada ölən 5 nəfərdən 4-ü qadın imiş

Ağır qəzada ölən 5 nəfərdən 4-ü qadın imiş

Ağır qəzada ölən 5 nəfərdən 4-ü qadın imiş

Daxili İşlər Nazirliyi iyulun 31-də Samuxda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Cars-az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, iyulun 31-də saat 16 radələrində rayonun Bağbanlar kəndində rayon sakini Zöhrab Məmmədov "VAZ-2106" markalı avtomobili idarə edərkən onu körpüdən Gəncə çayına aşırıb. Nəticədə Z.Məmmədov və sərnişinləri Maral Məmmədova, Hicran Məmmədova, Kifayət İsmayılova və Məleykə Həsənova hadisə yerində ölüb, 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstaxanaya yerləşdirilib.

Faktla bağlı Samux Rayon Polis Şöbəsi araşdırma aparır.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top