04.11.2015
Gündəm
Yeni stansiyalar nə vaxt istifadəyə veriləcək?
Metronun "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları 2016-cı ilin birinci yarısında istifadə ediləcək. Cars-az xəbər verir ki, bu barədə publika.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, hazırda hər iki stansiyada tikinti işləri başa çatıb, avadanlıqların quraşdırılması işləri aparılır: "Elektrik, yanğından avtomatik mühafizə sistemlərinin quraşdırılması, abadlıq işləri aparılır. "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışı isə bu ilin sonuna kimi istifadəyə veriləcək. Təəssüf ki, bu işlər yeni tədris ilinə kimi yekunlaşmayacaq".