04.11.2015
Gündəm
Metroda bomba həyəcanı – TƏCİLİ
Bu saatlarda İstanbulun Kadıköydəki “Ayrılıkçeşme” metro stansiyasında bomba yerləşdirilməsi ilə bağlı məlumat daxil olub.
Cars-az xarici mətbuata istinadən verdiyi məlumata görə, polis tərəfindən dərhal bomba həyəcanı verilən metrostansiyada axtarış işlərinə başlanılıb.
Metrostansiyada polis tərəfindən geniş təhlükəsizlik tədbirləri görülüb. Metrostansiyaya insanların girişi dayandırılıb.