İşsizin bahalı “Mercedes”ini oğurladılar

İşsizin bahalı “Mercedes”ini oğurladılar

İşsizin bahalı “Mercedes”ini oğurladılar

Moskvanın mərkəzində Novıy Arbatda 10 milyon rubl dəyərində “Mercedes-Benz”i oğurlayıblar. Cars-az xəbər verir ki, bu barədə rianovosti paytaxtın DİN Dövlət İdarəsinə istinadən bildirib. “Çərşənbə axşamı, axşam saat beş radələrində Novıy Arbat küçəsində yerləşən evin yaxınlığında naməlum şəxs “Mercedes-Benz GL 63 AMG” avtomobilini oğurlayıb. Maddi zərər 10 milyon rubldan ibarət olub”,- mətbuat xidmətindən bildiriblər.

Qeyd edilir ki, zərərçəkən şəxs 39 yaşlı heç bir yerdə işləməyən kişidir. Oğurluq faktı üzrə polisə şikayət ərizəsi ilə müraciət edilib, hal-hazırda cinayətkarın saxlanılması istiqamətində iş aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top