04.11.2015
Gündəm
Motosiklet oğrusu tutuldu
Motosiklet oğurlamış Neftçala rayon sakini tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Cars-az -a verilən məlumata görə, iyulun 31-də Məmmədağa Səlimova məxsus “İJ-Yupiter” markalı motosikleti oğurlanıb.
Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törtəmiş rayon sakini Şirxan Paşayev tutulub. Faktla bağlı araşdırma aparılır.