04.11.2015
Gündəm
Yeni istifadəyə verilmiş yolda ağır qəza; yol bağlandı
Bakının Ziya Bünyadov prospektində - əsas yolda (Ayna Sultanova parkının yaxınlığı - 20 Yanvar istiqamətində) baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yol bağlanıb. Bu barədə Cars-az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilir ki, qəza üzündən nəqliyyat vasitələrinin hərəkətində tıxac yaranıb. Sürücülərə alternativ olaraq Ziya Bünyadov prospektində köməkçi yoldan istifadə etmələri tövsiyə olunur.
Emin