Velosiped oğrusu məhkəmə zalında həbs edildi

Velosiped oğrusu məhkəmə zalında həbs edildi

Velosiped oğrusu məhkəmə zalında həbs edildi

DÜNƏN Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Vadər Məmmədov və oğurluğa cəhddə təqsirləndirilən T.B. -nin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Сars-az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Vadər Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilib. O, 4 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalındaca həbs edilib. Digər təqsirləndirilən barəsində cərimə cəzası verilib.

Qeyd edək ki, Vadər Məmmədov əvvəllər də oğurluq əməllərinə görə həbs edilib. O, bu dəfə velosiped oğurluğunda şübhəli bilinərək saxlanılıb. V.Məmmədov Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə təqsirli bilinib.

Dostlarınla paylaş


Şərhlər


Top