02.03.2016
Gündəm
Nardaranda yolların qurulmasına 17, 4 milyon manat pul ayrıldı
Prezident İlham Əliyev Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Сars-az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, prezident Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 17,4 milyon (on yeddi milyon dörd yüz min) manat ayrıb.