04.11.2015
Gündəm
Sürücülərin nəzərinə!: Bəzi küçə və prospektlərdə hərəkət məhdudlaşdırıldı
Cars-az xəbər verir ki, tərtib olunmuş qrafikə əsasən, bəzi küçə və prospektlərdə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.
Bununla əlaqədar olaraq, bu gün saat 22:00-dan etibarən işlər başa çatanadək Həsən Əliyev küçəsinin Tbilisi prospektindən Atatürk prospektinin kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Sürücülərdən göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.