43 avtobus marşrutu dəyişdiriləcək

43 avtobus marşrutu dəyişdiriləcək

İyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarının açılışı və bağlanma günlərində Bakı şəhər və şəhərətrafı 43 avtobus marşrut xətlərinin mövcud sxemlərində dəyişikliklərin edilməsi nəzərdə tutulub. Cars-az xəbər verir ki, bu barədə "report"a ”Bakı Sərnişin Nəqliyyatı” MMC-dən məlumat verilib.

Bundan başqa, aprelin 1-də Olimpiya Kəndinin qarşısındakı yolun bağlanması ilə əlaqədar olaraq “Koroğlu” metro stansiyasına şəhər istiqamətində daxil olan 13 marşrut xətlərində dəyişiklik edilərək avtobusların hərəkətinin asma körpü ilə Q.Qarayev prospekti istiqamətində təşkil edilməsi nəzərdə tutulub.

Dostlarınla paylaş


Şərhlər


Top