04.11.2015
Gündəm
Metroda bir nəfərin halı pisləşdi
Bu gün səhər saatlarında metronun “Azadlıq” stansiyasında bir nəfərin halı pisləşib. Cars-az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin publika.az-a verdiyi məlumata görə, həmin şəxs 1986-cı il təvəllüdlü Hamlet Kazımovdur.
"Həmin şəxs stansiya yaxınlığında yaşayır. Onda tez-tez qıcolma olur. Bu gün də platformada olarkən qıc olub və təcili yardım çağırılıb. Ona ilkin yardım göstərilib. Xəstəxanaya aparmağa ehtiyac olmayıb, evinə aparılıb".