04.11.2015
Gündəm
Qatarların hərəkəti iflic oldu
Cars-az xəbər verir ki, Belçikada dövlətin sərt iqtisadi siyasətinə etiraz əlaməti olaraq həmkarlar ittifaqlarının çağırışı ilə aprelin 20-dən etibarən üç günlük tətil elan olunması bu ölkədə qatarların hərəkətini iflic edib. Niderland, Lüksemburq, Fransa, Almaniya və Böyük Britaniya istiqamətlərində yüksəksürətli “Thalys” və “Eurostar” qatarlarının hərəkət cədvəlləri tamamilə pozulduğundan minlərlə sərnişin vağzallarda qalıb. Hətta Paris, Amsterdam, Köln şəhərlərinə gedən bir çox qatar xətdən tamamilə çıxarılıb, bəziləri isə gecə vaxtına keçirilib. Tətilin təşkilatçıları sərt iqtisadi siyasətə son qoyulması ilə bağlı tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə üç günlük tətilin uzunmüddətli olacağını bildiriblər.