04.11.2015
Gündəm
Sevgililər qəzaya düşdü, maşın parça-parça oldu
İngiltərədə gözəllik müsabiqəsinin qalibi qəza törədib. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, Bonni Hiller adlı gənc qadın sürət həvəskarı olub. Avtomobilini 180 kilometr/saat sürətlə idarə edən gözəllik kraliçası maşınında can verib. O, avtomobilində sevgilisi ilə birlikdə olub. Qəza nəticəsində maşın parça-parça olub.
Qeyd edək ki, Bonni Hiller 2009-cu ildə bir neçə gözəllik müsabiqələrində iştirak edərək qalib olmuşdu. Lakin sonradan onun evli olduğu müəyyən edilmişdi. Buna görə də Bonninin qazandığı taclar ondan geri alınmışdı.