04.11.2015
Gündəm
Bakıda sərnişin avtobusu yandı
Bakıda "Ford" markalı sərnişin avtobusu yanıb. Avtosfer..az FHN-in saytına istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Ford" markalı sərnişin avtobusunun salon hissəsinin yanar konstruksiyaları, içərisinə yığılmış meyvə çərəzləri və 2 ədəd arxa təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Fidan