04.11.2015
Gündəm
Avtobusda “işləyən” cibgir tutulub
Bakıda avtobusda cibgirlik edən şəxs tutulub. Cars-az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən trend-ə verilən məlumata görə, martın 9-da 12 saylı xətt avtobusunda Bakı şəhər sakini Rahib Məmmədovun cibindən 250 manatı oğurlanıb. Çevik Polis Alayı və Xətai rayon Polis İdarəsi 34-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Dmitriy Şabatayev tutulub.